“Bu il bələdiyyə seçkiləri ilidir. Həqiqətən bələdiyyələrin fəaliyyətiylə bağlı işlər görülsədə, bələdiyyələrdə öz işlərini dolğun şəkildə təbliğ etməlidirlər. Seçkilərə az vaxt qalır. Hesab edirəm ki, yaxşı, nümunəvi bələdiyyələrin iş təcrübəsi yayılmalı və fəaliyyəti təbliğ olunmalıdır. Bu gün şəhər bələdiyyələrindən Nərimanov, Nəsimi bələdiyyələrinin, o cümlədən fəaliyyətiylə seçilən çoxsaylı kənd bələdiyyələrinin adlarını çəkmək olar. Bələdiyyələrin gördükləri işləri sakinlərin diqqətinə vaxtında çatdırılmalıdır”- bu fikirləri Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Tahir Rzayev komitənin iclasında bildirib.
Millət vəkilinin sözlərinə görə, vətəndaşlar seçkiyə qatılacaqlar, onlarda indidən bələdiyyələrin hansı iş gördüklərini bilməlidirlər.
insanlar bilməlidirlər ki, onların səs verdikləri bələdiyyə üzvləri hansı işləri, layihələri icra ediblər. Odur ki, bələdiyyələrdə KiV-lərdə fəaliyyyətlərini dolğun şəkildə təbliğ etməlidirlər.
Belediyye.info